13.03.2025, 01:34
AZ EN
08.01.2025, 09:54 260

Cənab Prezident hayları vəlvələyə salıb

YAZILAR
  • Ermənistanın populyar "Hraparak" media şirkətlər qrupunun bu gün səhərdən paylaşdığı materialların əksəriyyəti Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin dünən yerli telekanallara verdiyi müsahibədə söylədiyi fikirlərə həsr olunub.

Öncədən deyək ki, sözügedən mətbuat qrupu bütün paylaşımlarında Cənab İlham Əliyevin reallığı əks etdirən dərin məzmunlu açıqlamalarını, sülh şəraitində yaşamağın haylar üçün də faydalı olacağı barədə fikirlərini, ümumiyyətlə, müsahibəni bütövlükdə hay genetik kodlarına xas qərəzlə qarşılamaları açıq-aydın görünür.

İran və Fransa barədə reallığı əks etdirən həqiqətin açıqlanmasına da öz bacılıq münasibətini ənənəvi qərəzlə bildirən hay mətbuatı "Qərbi Azərbaycan dedikdə İrəvan da daxil olmaqla Ermənistanın bütün ərazisi nəzərdə tutulur"- deyə növbəti vay-şivənə başlayıblar və bunun daha bir neçə gün gündəmdə olacağı danılmazdır.

Nəsib Qaramanlı

Oxşar xəbərlər