17 yaşı olarkən yaşca anasından da böyük olan müəlliminin öncə gizli, sonra rəsmi kəbinlə oyuncağı olan Makronun dünya siyasətinə məhz 17-ci əsrdəki hay təxəyyülləri ilə yanaşaraq Azərbaycanı guya Fransanın işinə qarışmasını deməsi isə gündən-günə bataqlığa yaxınlaşan Fransanın özündəki sağlam düşüncəli insanların belə narazılığına səbəb olub. Diplomatlara verdiyi məntiqsiz tapşırıqlarda bu və ya digər ölkənin daxili işlərinə qarışmaq istəyi açıq-aydın görünür.
Yerigəlmişkən bir tarixi faktı xatırladaq ki, 1707-ci ildə Parisdəki hay kilsəsində fransız və rus diplomatları erməni keşişlərin də iştirak etdiyi toplantıda Osmanlı imperiyasına qarşı hay üsyanları başlamağı qarşıya məqsəd qoymuşdular. Erməni tarixçi Zaven Qorqodyanın da ötən əsrin 30-cu illərində etiraf etdiyi və yazdığı kimi, hayların başqasının əlində alət olması yenidən rəsmiləşdi. Rusiyanın Ermənistanla deyil, Azərbaycanla isti münasibətdə olmasından əndişələnən Makronun hayları daim dəstəkləyəcəklərini vurğulamasından sevinən haylar isə bu dəstəyin məhz özlərinə zərbə olduğunun fərqində deyillər.
Nəsib Qaramanlı