Bu səfərin təkcə Azərbaycanla Rusiya üçün deyil, həm də Türkiyə və Güney Qafqaz üçün böyük əhəmiyyət kəsb etdiyini vurğulayan K.Zatulin Azərbaycanın Prezidenti cənab İlham Əliyevin siyasətini bəyəndiyini və bunun Rusiya üçün də gərəkli olduğunu konkret misallarla diqqətə çatdırıb. Erməni jurnalistin haqsız iradına isə belə cavab verib ki, Azərbaycanla Ermənistan heç bir sahədə müqayisə oluna bilməz. O, deyib ki, Azərbaycan müstəqil siyasət aparır və durmadan inkişaf edir. Ermənistan isə əvvəllər Rusiyaya üz tutmuşdu, İtaliyanın siyasətdə diletant olması nəticəsində isə indi Qərbə meyillənir və nəticədə ölü dövlətə çevrilib.
Bakıda istintaq təcridxanasında olan separatçı başçılarının buraxılması ilə bağlı hansı işlər görüldüyü ilə bağlı suala cavabı da Ermənistan rəhbərliyinin tənqidi ilə başlanıb. K.Zatulin deyib ki, bu məsələ ilə bağlı Rusiya dəfələrlə danışıqlar aparsa da Ermənistan həmin adamların buraxılmasına maraqlı deyil. Ermənistan əvvəllər beynəlxalq təşkilatlara müraciət etsə də Azərbaycan öz suveren və beynəlxalq hüquq normalarına əməl edərək öz mövqeyini dəyişməyib və bu, indi də belədir. Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin bağlanması üçün Rusiyanın ciddi cəhd göstərdiyini və bu məsələnin prezident V.Putinin daim diqqətində olduğunu deyən rus deputat yenidən vurğulayıb ki, Zəngəzur dəhlizinin açılmamasında və sülh müqaviləsinin imzalanmasının gecikdirilməsində yeganə günahkar Qərbin, ABŞ-ın maraqlarına xidmət edən Ermənistan hakimiyyətidir. O, açıqca bildirib ki, əgər belə davam edərsə, Ermənistan, doğrudan da, ölü dövlət statusuna sahib olacaq, əhali isə xaricə, xüsusilə Rusiya Federasiyasına köçməyə məcbur olacaqdır.
Yeri gəlmişkən, xatırladaq ki, 44 günlük müharibədən sonra da Ermənistanı dəstəkləyən K.Zatulin 2021-ci ildə Paşinyanı yenidən tənqid etdiyinə görə "persona non qrant" elan edilib və onun Ermənistana girişinə qadağa qoyulub.
Nəsib Qaramanlı