18.06.2025, 14:41
AZ EN
15.08.2024, 10:27 334

Baş redaktor əhalini itaətsizliyə çağırır

YAZILAR
  • "Hraparak"ın baş redaktoru Armine Ohanyan məzuniyyətdən sonrakı ikinci iş günündə hakimiyyətin yüksək vəzifəlilərinin əhali ilə görüşlərdə gülümsəyərək söhbət etməsini onların daxili ilə xarici dünyasının eyni olmadığı qənaətinə gələrək yazıb ki, əgər mən müəllim olsaydım sinfə girən kimi deyərdim: əziz məktəblilər, nə kiçik, nə də yüksək çinli məmurların sizi görəndə gülümsəməsini səmimi qəbul etməyin və onlara inanmayın.

Onlarla şəkil çəkdirməyi özünüzə yaraşdırmayın. Siz həmin məmurlardan yaxşı işlər görmələrini tələb edin ki, onlar sizə yuxarıdan aşağı baxmasınlar. Məmurların çoxunun tutduğu vəzifədən yalnız öz şəxsi mənafeyinə uyğun istifadə etdiyini həm uşaqlara, həm də yaşlılara xatırladan baş redaktor daha sonra yaşlı nəslin nümayəndələrinə müraciət edərək yazıb ki, uşaqlara hökumət nümayəndəsi önündə yaltaq sözlər deməyi öyrətməyin. Qoy onlar bilsinlər ki, həmin məmurlar hamının haqqını tapdalayır. Gəlişi gözəl, pafoslu sözlər onların xalqa olan münasibətinə heç bir müsbət təsir göstərmir, "əksinə belə motivlərin sayəsində öz hakimiyyətlərinin ömrünü uzadırlar", - deyə baş redaktor hamını vətəndaş itaətsizliyinə çağırıb.

Nəsib Qaramanlı

Oxşar xəbərlər