Siyasi şərhçi Məhəmməd Əsədullazadənin fikrincə,Yeni Kaledoniya xalqına qarşı Fransa dövlətinin həyata keçirdiyi, apardığı siyasət Yeni Kaliedoniya xalqının öz hüquqları uğrunda mübarizəsinə qarşıdır: “Fransanın həyata keçirilən sərt cəzalar, yeni konstitusiya qəbulu istiqamətində apardığı siyasət birbaşa olaraq Yeni Kaledoniya xalqının hüquqlarını qanunsuz şəkildə pozur və bu, Fransanın müstəmləkəçilik siyasətinin bariz nümunəsidir”.
Fransa rəsmiləri, xüsusən də Daxili İşlər və Dənizaşırı Ərazilər naziri Jerald Darmanan rəhbərlik etdiyi Fransa jandarmlarının Yeni Kaledoniyada törətdikləri vəhşiliyə haqq qazandıraraq toqquşmaların səbəbi kimi xarici qüvvələri, o cümlədən Azərbaycanı göstərib. Adanın əsl sahibi olan kanakların fikirlərini dinləmək, onların istəklərinə hörmət etmək ən əsası kanoyal siyasətdən əl çəkmək əvəzinə, başqa dövlətləri iddiham etmək isə riyakarlıqdır.
Politoloq İlyas Hüseynov Azərbaycanın ittiham olunmasını tamamilə yolverilməz olduğunu bildirib: “Azərbaycan yalnız bölgədə insan haqlarının qorunmasına dair çağırış etmişdir. Xüsusilə vurğulamaq lazımdır ki, Qoşulmama hərəkatı tərkibində Bakı təşəbbüs qrupu yalnız bölgədəki insan haqlarının qorunması və Fransa dövlətinin müstəmləkəçilik siyasətinə, bu idelogiyaya son qoymasına çağırışla bağlı mühüm müddəaları özündə birləşdirir”.
Qeyd edək ki, müsətqillik uğrunda mübarizə aparan kaledoniyalılar yerli seçkiləri silahla deyil, demokratik yolla udublar. Lakin özünü demokratiyanın beşiyi kimi təqdim edən Fransa bütün dünyanın gözü qarşısında hərbi müdaxiləyə əl atmaqla Yeni Kaledoniya xalqının boynundakı ipi tam bağlamaq üçün son addıma hazırlaşır.
Tahirə AĞAMİRZƏ