30.04.2025, 01:11
AZ EN
16.05.2024, 17:44 320

Belarus Respublikasının prezidentinin ölkəmizə səfəri mühüm və əlamətdardır

YAZILAR
  • Ayın 16-sı Belarus Respublikasının prezidenti Aleksandr Lukaşenko Azərbaycana rəsmi səfərə gəlib. Belarus prezidenti rəsmi qarşılandıqdan sonra ölkənin dövlət bayrağının dalğalandığı meydanda Belarus prezidentinin şərəfinə fəxri qaravul dəstəsi düzülüb. Belarus respublikasının və Azərbaycan Respublikasının dövlət himnləri səsləndirilib. Qarşılanma törənindən sonra Azərbaycan Respublkasının Prezidenti İlham Əliyevin Belarus Respublikasının prezidenti Aleksandr Lukaşenko ilə təkbətək görüşü olub.

Politoloq İlyas Hüseynovun fikrincə, Azərbaycanla Belarus Respublikasının iqtisadiyyatın müxtəlif sahələrdə əməkdaşlıq etməsi dövlətlərarası münasibətlərə də  təsir edib. Belarus prezidentinin ölkəmizə səfəri çərçivəsində də önəmli sənədlərə imza atılıb.

Politoloq daha sonra əlavə edib ki, Belarus Respublikası ilə Azərbaycan Respublikası arasında çox möhkəm münasibətlər mövcuddur: “Münasibətlərin əsas istiqamətləri kənd təsərrüfatı, iqtisadiyyat, enerji, nəqliyyat və digər sahələri əhatə edir. Xüsusilə vurğulamaq lazımdır ki, Vətən mühaibəsində, ondan sonrakı dövrdə də məhz Belarus Prespublikası Azərbaycanın hərəkətlərini ədalətli və beynəlxalq hüququ müdafiə etmişdir. Eyni zamanda xüsusilə vurlulamaq lazımdır ki, cənab Prezident İlham Əliyev və  Belarus Respublikasının prezidenti Aleksandr Lukaşenko arasında da  möhkəm dostluq münasibətləri var və  bu da, əlbəttə, xalqların daha yaxından münasibətləri inkişaf etdirməsi və dövlətlərarası münasibətlərə də sirayət edir. Eyni zamanda bu səfər hazırkı geopolitik reallıqlarda da müstəsna əhəmiyyətə malikdir. Səfər çərçivəsində də mühüm sənədlər imzalanıb. Bu sənədlər dövlətlərarası münasibətləri daha da inkişaf etməyə dəstək olacaq. Dövlətlərarası münasibətlər sistemində normativ hüquqi baza bir qədər də genişlənəcək və yeni üfiqlər formlaşcaq. Eyni zamanda Azərbaycan öz ərzi bütövlüyünü, suverenliyini bərqərar etdikdən sonra dövlətimizə maraq bir qədər də artıb. Bu gün Cənubi Qafqazda gedən qlobal proseslər fonunda Azərbaycan  üzərinə düşən təhlükəsizlik təhdidlərini  aradan qaldırıb və  ölkəmiz inkişaf yoluna qədəm qoyub. Bu baxımdan məhz bu səfəri də çox mühüm və əlamətdar adlandıra bilərik”,- deyə İ.Hüseynov vurğulayıb.

Xatırladaq ki, Belarus prezidenti Aleksandr Lukaşenko 44 günlük Vətən müharibəsi zamanı da Azərbaycanın haqlı mövqeyini dəstəkləyən döblət başçılarından biri olub.

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər