O, söhbətin ilk cümləsində bildirib ki, Paşinyan konstitusiya dəyişiklikləri etmək istəyir. Halbuki onun özü konstitusiyanı pozan cinayətkardır deyən sabiq baş nazir fikrini belə izah edib ki, N.Paşinyan Qarabağın Azərbaycanın ərazisi olmasını dəfələrlə deməklə cinayət törədib. O, konstitusiyaya görə həbs olunmalıdır, amma konstitusiyanın dəyişdirilməsini istəyir. Müharibədəki məğlubiyyəti də Paşinyanın ayağına yazan sabiq baş nazir deyib ki, Nikol kreslosundan qorxur. O, fikirləşir ki, birdən yeni müharibə olar və bu dəfə hər şeyini itirər. Nikol Paşinyanın guya Azərbaycanın və Türkiyənin diqtəsi ilə fəaliyyət göstərdiyini vurğulayan V.Manukyan o, istefa verəcəyi təqdirdə bütün problemlərin həllini tapacağı kimi utopik sərsəmləmələrinə davam edib. Müxbirin - " ətənin xilası hərəkatı, milli komitə Sizin rəhbərliyinizlə yaradılıb. Ancaq indiyədək heç bir iş görülməyib", - iradına cavab olaraq isə o, erməni hiyləgərlik ilə deyib ki, indi müxtəlif siyasi qurumlar, şəxslər var, onlar bu işlə məşğuldur. Vaxt gələcək nəticə olacaq. Başqalarının fəaliyyəti sayəsində hakimiyyəti qamarlamaq istəyən bu siyasi dəllal çıxışını ənənəvi populist ifadələrlə yekunlaşdırmazdan öncə deyib ki, yeni bir platformaya ehtiyac var.
Halbuki ermənilər yeni nəsə düşünmək əvəzinə reallığı qəbul edib Azərbaycanla sülh müqaviləsi imzalamalıdır. Başqa platforma onları məhvə sürükləyəcək.
N.Qaramanlı