02.07.2025, 00:39
AZ EN
30.01.2024, 10:49 392

Göyçə yenə Azərbaycanın olacaq

YAZILAR
  • Erməni politoloq Vaxtanq Siradeğyan bu gün "Hraparak"dakı "İrəvanı saxlamağa icazə verəcəklər" başlıqlı məqaləsində maraqlı məqamlara toxunub.

O, yazıb ki, NATO-nun nüfuzlu üzvü olan Türkiyə qardaşı Azərbaycanın maraqlarını daim dəstəkləyir və onun öz istəklərini həyata keçirmək əzmindədir. Göyçənin, Zəngəzurun Azərbaycanın nəzarəti altına keçməsi həmin dövlət üçün elə də başağrısı yaratmayacağını deyən politoloq izah edir ki, Paşinyan hakimiyyəti Rusiyadan qopub Qərblə oyun qurmağa çalışır. Bu isə Azərbaycan və Türkiyəyə sərf edir. Belə ki, İran ermənilərə görə NATO üzvü olan ölkələrlə silahlı qarşıdurmaya gedən deyil. NATO isə öz güclü üzvü olan Türkiyəyə qarşı çıxmayacaq. Göyçə və Zəngəzur Azərbaycanın nəzarəti altına keçəndən sonra beynəlxalq qurumlar Ermənistana dəstək adı altında Azərbaycana qarşı qərarlar qəbul etsə də həmin qərarlar kağız üzərində qalacaq və Qərb Ermənistana başa salacaq ki, İrəvan sizdədir, ona görə də növbəti müharibəyə  ehtiyac görmürük. Yoxsa İrəvanın da itirərsiniz.

Nə deyirik, təki belə olsun.

Xatırladaq ki, ermənilər Göyçəyə Geğarquni, Zəngəzura Sunik, İrəvana Yerevan desələr də V.Siradeğyan bu məqaləsində həmin yerlərin adlarını məhz Azərbaycan dilində yazıb. Deyəsən, erməni olsa da tarixi reallığı qəbul etmək fikrindədir.

Nəsib Qaramanlı

Oxşar xəbərlər