18.06.2025, 03:10
AZ EN
26.12.2023, 10:54 379

Ədalət Verdiyev: "Hindistanın hədiyyə ənənəsi olmadığına görə ikinci variant daha ağılabatandır"

YAZILAR

Ədalət Verdiyev yazır:

"Ermənistanın Hindistandan almağa hazırlaşdığı AKASH zenit-raket kompleksinin (ZRK) qiymətinin 500 min dollardan aşağı olacağı barədə "ETV Bharat" nəşrinin yaydığı məlumat tamamilə absurddur. Əlbəttə ki, hər bir ölkə əlində olan silahı digərinə havayı da verə bilər. Amma dünyada 500 min dollara özüyeriyən platformada ZRK mövcud deyil.

Zenit-raket kompleksi düşmənin hava hücum silahlarına qarşı mübarizədə tapşırıqların həllini təmin edən, funksional əlaqəli döyüş və texniki vasitələrin mürəkkəb məcmusudur.

Hava hücumundan müdafiə kompleksinə aşağıdakılar daxildir:

zenit raketlərinin daşınması və atıcı qurğuya yüklənmə vasitələri;

raketin atıcı qurğusu;

idarə olunan zenit raketləri;

hava kəşfiyyat avadanlığı (RLS);

hava hədəfinin dövlət mənsubiyyətini müəyyən edilməsi sisteminin yerüstü avadanlığı;

raket idarəetmə vasitələri;

hava hədəfinin avtomatik izlənilməsi vasitələri (raketdə yerləşdirilə bilər);

avtomatik raket izləmə vasitələri (özütuşlanan raketlərdə tələb olunmur);

avadanlığın funksional nəzarət vasitələri.

Xatırladıram ki, tək bir ədəd orta mənzilli müasir zenit raketi hazırda 1.5-2 milyon dollara satılır.

Əgər bütün sadalananlar cəmi 500 min dollara satılırsa, ya hədiyyədir, ya da tullantı.

Hindistanın hədiyyə ənənəsi olmadığına görə ikinci variant daha ağılabatandır".

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər