01.12.2024, 22:05
AZ EN
27.10.2023, 14:47 304

Qafar Çaxmaqlı:"Ermənilərin Qarabağdan köçü gizli planla bağlı ola bilər”

YAZILAR
  • Ermənişünas alim Qafar Çaxmaqlı mətbuata açıqlamasında ermənilərin yenidən Qarabağa qayıdacağı ehtimalından danışıb və onların Azərbaycan ordusunun son lokal antiterror əməliyyatından sonra kütləvi şəkildə Ermənistana köç etməsinin gələcək gizli bir planının tərkib hissəsi olmağından bəhs edib:“Erməni əhalinin Xankəndi və civarından çıxması ilə bağlı ermənilərin gizli bir planının olduğu barədə bəzi fikirlər var. Onların heç bir dirəniş göstərmədən, tez-tələsik bölgəni tərk etməsi müəyyən şübhələr doğurmuşdu”.

Tədqiqatçı sonra qeyd edib ki, erməni strateqlərin Qarabağdan köçən ermənilərlə bağlı müxtəlif fikirləri var: “Ermənistandakı strateqlərin bəziləri Qarabağ ermənilərinin kənarda yeni bir qurum yaratmaları və Azərbaycana təzyiq edərək həmin qurumun geri dönməsi fikrini müdafiə etməkdədirlər. Bəzi erməni siyasətçilər isə Kosova variantı üzərində dururlar. Kosovadan da alban əhali çıxmışdı, amma Serbiya onların geri dönüşünə mane ola bilmədi. Qarabağla Kosovanın fərqi isə odur ki, Kosovanın dövlət kimi subyekti var idi. Qarabağ erməniləri isə yalnızca toplumdur. Onların hansısa haqq iddiasının əsası yoxdur. Bu proseslərin baş verməsinə qədər ermənilərin və onların havadarlarının erməni əhalinin təhlükəsizliyi mexanizmlərinin qurulması tələbləri iflasa uğradı”.

Q.Çaxmaqlı daha sonra əlavə edib ki, Qarabağdan tez-tələsik köçən ermənilərin bir qisminin geridönmə ehtimalı mümkündür:

“Əhalinin müəyyən hissəsinin geri dönüşü ola bilər, amma onların Azərbaycanın verdiyi vətəndaşlıq haqqından başqa digər iddiaları ola bilməz. Hesab edirəm ki, qarşıdakı aylarda ermənilərin müəyyən hissəsinin geri dönüşü mümkündür. Amma bu, heç nəyi dəyişdirə bilməz. Azərbaycan öz torpaqlarında dövlətin suveren haqlarını bərpa edib. Bir neçə min erməninin buraya geri dönüşü baş versə belə, məsələnin siyasi rəngini dəyişdirməyəcək. İndi boşalmış şəhər və kəndlərin gecikmədən Azərbaycanlı qaçqınlarla məskunlaşdırılması prosesi başlamalıdır”.

Tahirə AĞAMİRZƏ

 

[14:30, 27.10.2023] Tahire Xanim: Bu gün Bərdə şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən raketlə atəşə tutulmasından üç il keçir

 

2020-ci il 28 oktyabrda düşmənin silahlı birləşmələri tərəfindən Bərdə şəhərinin dinc sakinlərin sıx hərəkətdə olduğu və ticarət obyektlərinin kompakt yerləşdiyi əraziyə hər birinin içərisində 72 ədəd 9N235 saylı, ümumilikdə 144 bombacıq olan “Smerç” tipli əməliyyat-taktiki təyinatlı 9M525 gəlpəli böyük dağıdıcı qüvvəyə malik ballistik “claster” tipli 2 ədəd raket zərbələrinin endirilməsi nəticəsində 5-i qadın olmaqla, 21 nəfər həlak olmuş, 8-i uşaq, 15-i qadın olmaqla 70 şəxs isə müxtəlif dərəcəli bədən xəsarətləri almışdır.

Bundan əlavə, raket zərbələrinin təsirindən 30-dan artıq mülki infrastruktur obyektinə, dinc sakinlərə məxsus 20-dən artıq fərdi yaşayış evlərinə və 22 nəqliyyat vasitəsinə xüsusilə külli miqdarda ziyan dəymişdir.

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər