"İradəli Müzəffər Ali Baş Komandan, peşəkar ordu, mövcud siyasətə dəstək verən qədirbilən xalq-bu üç amil Azərbaycanı digər dövlətlərdən və xalqlardan fərqləndirən ən önəmli xüsusiyyətlərdəndir.
Azərbaycan Ordusu Qarabağın dağlıq hissəsində ölkəmizin konstitusiya quruluşunun bərpa edilməsi üçün çətin tarixi şəraitdə öz ərazisində lokal anti-terror əməliyyatı keçirdi. Ərazimizdə təxribat törədən erməni silahlı birləşmələrini təmizləməklə həm də dünyaya müsbət mənada örnək oldu. Birgünlük anti-terror əməliyyatları ilə Azərbaycan Qarabağdakı silahlı terrorçu dəstələri ağır məğlubiyyətə uğratdı. Reinteqrasiya qaçılmaz və məcburi prosesdir.
Qarabağ Azərbaycandı!", - deyə politoloq vurğulayıb.
Hazırladı: Tahirə AĞAMİRZƏ