O, bildirib ki, bəli, bununla bağlı sosial şəbəkələrin erməni siqmentlərində belə bir məlumat yayılmaqdadır və hətta o da məlumat verilirdi ki, Arayik öz ailəsini artıq Ermənistana göndərib və yaxın zamanlarda ordakı separatç rejimi xilas eləməlidir: “Bəziləri də yazır ki, Arayikin aradan götürülməsi məsələsi var v. s. İndi hər halda, hər nədirsə, iş gedib çıxıb əsas nöqtəyə. Yəni, Arayik oradan separatçı tör-töküntülərini də yığışdırıb çıxmalıdır. Başqa variantı yoxdur. Ya da Azərbaycan ədalət hüquq sisteminə təslim olmalıdır və onunla bağlı cənab Prezidentin belə deyək, ümumi amnistiyası ola bilər. Yəni bunlar təbii ki, könüllü şəkildə təslim olarlarsa, bu məsələyə hüquqi baxımdan cənab Prezident baxa bilər.Yaxud da ki, Azərbaycan dövləti, Azərbaycan Hüquq Mühafizə Orqanları məsələyə baxa bilərlər”. Politoloq daha sonra əlavə edib ki, amma ermənilərin Arayiki öldürməsi məsələsi mən düşünmürəm ki, bu sadəcə, sadə erməni vətəndaşlarının dilindən səslənən fikirlərdi. Düzdür, Qarabağdakı erməni əsilli Azərbaycan vətəndaşları da artıq sana yığılıblar bu separatçı qüvvələrin əlindən. Çünki xunta rejimi bu və ya digər formada onlara hədə-qorxu gəlməklə həmin şəxsləri də Azərbaycana reinteqrasiyası prosesindən çəkindirir: “Düşünürəm ki, onun arxasında daha böyük qüvvələr var. Arayiki aradan götürüb bu və ya digər formada, başqalarının üzərinə yıxmağa çalışacaqlar. Amma hər vəziyyətdə orada olan separatçı xunta rejim oradan getməlidir və əhali reniteqrasiyaya qoşulmalıdır. Bunun başqa alternativi yoxdur. Sülh danışıqları prosesində bu əsas şərtdir. Bölgədə sülhün tərəfdarı olan dövlətlər də bunu yaxşı başa düşürlər. O baxımdan düşünürəm ki, nə qədər qısa müddətdə Arayik gedəcəksə, bir o qədər bölgədə stabillik daha tez formalaşacaq və Arayikin getməsi üçün də bütün şərait yaradılıb. Düşünürəm ki, qısa müddət ərzində bu baş verəcək. Hətta əvvəl erməni saytlarında və media orqanlarında, sosial media şəbəkələrində yazırdılar kii, hətta İrəvan ətrafında Arayikə məxsus bina tikilir. Onun Qarabağdan ora köçüb gedəcəyi ilə bağlı məlumatlar da dolaşır. Amma məsələnin önəmli tərəfi odur ki, o Laçın dəhlizindən keçməlidir. Laçın dəhlizində isə Azərbaycan hökuməti təbii ki, yoxlama həyata keçirir və onun ordan necə keçəcəyi özü belə sual altındadır”, deyə politoloq vurğulayıb.
Tahirə AĞAMİRZƏ