18.06.2025, 03:08
AZ EN
23.06.2023, 11:45 324

Erməni reper siyasətçilərə dərs keçir

YAZILAR

Xankəndidə yaşayan reper Lyova Qazaryan 44 günlük müharibədə iştirak edib və özünü əsl vətənpərvər sayır. Onu bu cür təqdim edən "Hraparak"ın müxbiri Hayka Aloyan reperin siyasətçilərlə razılaşmadığını məhz onun öz sözləri ilə diqqətə çatdırır. Reper "2020-ci ildən sonra hamı vətənin xilası barədə fasiləsiz danışır. Amma heç kəs demir ki, necə xilas edək. Populist cümlələr baş alıb gedir", - deyə əlavə edir ki, bu qısa müddətdə mümkün deyil. Öncə gənc nəslə düzgün təhsil verməliyik, indiki təhsil və tərbiyə arzu edilən səviyyədə deyil. "Mənim üçün ən mühüm olan ailədir, evdir. Uşaq evdə elə tərbiyə olunmalıdır ki, kənarda uşağa heç nə təsir edə bilməsin. Əgər uşaq qeyri-sağlam mühitdə, hər kəsin yalnız özünü ağıllı siyasətçi hesab etdiyini görürsə, əsl vətəndaş kimi böyümür.

Ermənistanlı, "arsaxlı" tezislərini tənqid edən reper bu düşüncədə olanlarla ünsiyyətdən qaçdığını da diqqətə çatdırır və deyir ki, indi siyasətçilər yalnız şəxsi mənafe güdürlər və onlar qabiliyyətsizdirlər.

Nəsib

Oxşar xəbərlər