21.12.2024, 18:55
AZ EN
30.08.2023, 13:06 335

Elxan Şahinoğlu: "Fransanın yükləri və Parisin meri Laçın yolunda ilişib qalmalıdırlar"

YAZILAR
  • Ermənistana 10 TIR humanitar yardım göndərməklə Fransa yenə də Azərbaycanın daxili işlərinə müdaxilə edir. Həmin TIRlar Xankəndinə çatdırılmaq üçün İrəvandan yola düşüb, Laçın dəhlizindən keçmək şərti ilə....

Ağdam - Xankəndi yolunda isə bizim humanitar yardım aparan TIRlarımız dayanıb...

"Bu psixoloji mübarizədir, Fransa bizə təzyiqi artırmağa çalışır. Fransa Avropanın iki aparıcı dövlətindən biri olduğundan bu ölkənin prezidenti hesab edir ki, Ermənistanın mövqeyindən çıxış edərək Azərbaycana təzyiq siyasəti nəticə verəcək". Bunu "Atlas Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu məsələyə münasibət bildirərkən açıqlamasında deyib.

Politoloq qeyd edib ki, Fransa prezidenti Emmanuel Makronun Bakıya dünənki zəngi də bununla bağlıdır: "Makronun dövlət başçısı Prezident İlham Əliyevlə fikir mübadiləsinin içi barədə məlumat verilməsə də, söhbətin əsas hissəsinin Laçın yolu ilə bağlı olduğunu güman etmək olar. Yolu açmasaq, Paris bizə qarşı nə edə bilər?

Fransa BMT Təhlükəsizlik Şurasının daimi üzvü kimi Azərbaycan qarşı qətnamə qəbul etdirməyə çalışa bilər. Rusiya veto hüququndan istifadə edəcək. Rusiya bunu Azərbaycana görə deyil, Ukrayna müharibəsinə görə Qərblə qarşıdurmasına görə edəcək. ABŞ-ın özü də Fransanın oyununa gəlib Avrasiya bölgəsində indiki həssas məqamda Azərbaycanla münasibətləri korlamaq istəməz. Fransa Avropa İttifaqı çərçivəsində də Azərbaycana qarşı təzyiq mexanizmlərini hərəkətə gətirə bilər. Fransanın bu istiqamətdə də nəticə əldə edəcəyi problematikdir. Avropa İttifaqında qərarlar konsensusla qəbul edilir, Azərbaycanın Avropadakı dostları və enerji resurslarımıza ehtiyacı olan dövlətlər Fransanın anti-Azərbaycan qərarına dəstək verməyəcəklər. Ona görə də Fransanın yükləri və Parisin meri Laçın yolunda ilişib qalmalıdırlar", - deyə E.Şahinoğlu vurğulayıb.

Hazırladı: Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər