22.11.2024, 04:27
AZ EN
13.06.2023, 10:23 224

Ermənistan yeni hoqqaya hazırlaşır

YAZILAR
  • Azərbaycanşünas Angela Elibekova "Hraparak"ın müxbiri Hayk Gevorkyanla qısa müsahibəsində bildirib ki, gələn həftə Vaşinqtonda keçirilməsi nəzərdə tutulan növbəti görüş Azərbaycanın təşəbbüsü ilə təxirə salınaraq başqa vaxta keçirilib.

О, daha sonra məntiqi baxımdan öz sözlərini təkzib edərək deyir ki, dəqiq bilmirəm, bəlkə də, Ermənistanın istəyi ilə görüş təxirə salınıb. Axı, anklavlar kimi vacib mövzu ilə bağlı dəqiq mövqe hələ də müəyyənləşməyib. Erməni qadın belə bir sərsəm fikir də vurğulayıb ki, anklavların, o cümlədən ermənilərin işğaldan sonra başqa ad verdiyi Kərki kəndinin geri qaytarılması masadan çıxarılmalı, Başkənd (ermənilər Arzvaşen deyir) isə geri qaytarılmalıdır.

"Yaxud bu kənd başqa ərazi ilə dəyişdirilməlidir", - deyə o, ermənilərin mənafeyinə uyğun olmayan hansısa sənəd imzalanarsa, hakimiyyətin məsuliyyət daşıyacağını və lazım bilinərək istefaya göndəriləcəyini də istisna etməyib, vurğulayıb ki, ona görədə iqtidar bütün mümkün variantları nəzərdən keçirib yekun qərara gəlməlidir.

Əlavə edək ki, ermənilər variant dedikdə yeni hoqqalardan çıxarmağı nəzərdə tuturlar. Tarix özü buna dəfələrlə şahid olub.

N.Qaramanlı

Oxşar xəbərlər

SON XƏBƏRLƏR