21.05.2024, 23:29
AZ EN
12.06.2023, 15:16 255

Fransa kiçik bacısı Ermənistana dəstəyini əsirgəmir

YAZILAR
  • Azərbaycan Televiziyasının efirində Fransanın Ermənistana dəstəyi kəskin tənqid olunub.

“Mətbuata sızdırılan məlumata görə, Fransanın dəstəyi ilə Hindistan Ermənistana özüyeriyən artilleriya tədarükü edəcək”. Bunu AZ.TV-nin “Həftə” verilişində Rövşən Məmmədov səsləndirib.

Onun sözlərinə görə Fransanın erməni diasporu prezident Makronun birbaşa razılığı və xeyir-duası ilə maliyyələşməni öz üzərinə götürüb: “Məsələnin gizlədilməsi üçün silahların birbaşa İrəvana deyil, əvvəlcə İrana, sonra isə quru yolla Ermənistana gətirilməsi planlaşdırılır. Fransa əvvəlcə bu məlumatların yalan olduğunu deməyə çalışsa da, Makronun diqqətinə çatdırırıq ki, Fransanın Ermənistanın silah yardımı barədə məlumatları bizim mediadan əvvəl, Avropa mətbuatında yer alıb.

Makron bir tərəfdən Ukraynaya dəstəyini ifadə etsə də, digər tərəfdən də Rusiya ilə gizli danışıqlar aparır”,- deyə R.Məmmədov vurğulayıb.

Hazırladı: Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər