"Hraparak"ın bu günkü yayımında xəbər verilir ki, bu il ərik bağlarında bol məhsul olsa da öncəki illərlə müqayisədə onun satışında ciddi problemlər yaranıb. Bunun səbəbi isə həm Rusiyanın bazarlarına çıxışın çox məhdudlaşması, həm də rus rublunun dəyərdən düşməsidir. Əgər ötən il bir kq əriyin topdansatış qiyməti 800-1000 dram idisə indi uzaqbaşı 500 dramdır və bu, bağ sahiblərinin dediyinə görə, maya dəyərini güc-bəla ödəyir. Onlar məsələnin həllinə yardım olunması üçün müvafiq nazirliklərə müraciət etsələr də heç bir müsbət cavab ala bilməyiblər.
Xatırladaq ki, Qərbi azərbaycanlıların keyfiyyətli məhsul barədə işlətdikləri "İrəvan əriyi kimidir" ifadəsi də haylar tərəfindən leksikonuna daxil edilib.
Bu da sübut edir ki, ermənilər torpaqlarımızı özününküləşdirdiyi kimi mənəvi dəyərlərimizdən də bəhrələnirlər.
Nəsib