Bu sözləri Prezident İlham Əliyev Münxendə "France 24" telekanalının müxbirinə müsahibəsində deyib.
ABŞ Prezidentinin Birgə Bəyannaməni şahid qismində imzaladığını xatırladan dövlətimizin başçısı qeyd edib ki, o vaxtdan bəri altı aydan çox müddət keçib və bizim Ermənistanla sərhəddə vəziyyət çox sakitdir. Artıq atəş açılmır, qurban vermirik, yaralananlar olmur. (Report)