22.12.2024, 20:45
AZ EN
06.06.2023, 15:33 304

Müxalif deputatlar yenə reallığı qəbul etmir

YAZILAR

Ermənistan parlamentinin bu günkü iclasında gündəlikdəki əsas məsələ  beynəlxalq münasibətlər və maliyyə məsələləri komissiyalarının  2022-ci ildəki fəaliyyəti, ayrılan vəsaitin məqsədyönlülüyü olsa da müxalif deputatlar maliyyə naziri Vahe Hovhannisyanın və xarici işlər naziri Ararat Mirzoyanın çıxışlarını tam başqa səmtə yönəltməyə cəhd ediblər. Belə ki, Ararat Mirzoyanın Azərbaycanın ərazi bütövlüyü çərçivəsində sülh müqaviləsinin bağlanmamasının gərəkliliyini bildirməsi "Hayastan" və "Badiv unem"dəki deputatların narazılığına səbəb olub. Onlar ənənəvi çeynənmiş ifadələrlə "müstəqillik","təhlükəsizliyə beynəlxalq zəmanət" və s. populist sözlərlə vaxt uzadaraq gündəlikdəki məsələnin başdansovdu müzakirəsinə və bununla da rəhbərliyin qınağına hədəf  

olublar.

Nəsib

Oxşar xəbərlər