- "Joğovurt" qəzeti "Hraparak"da yayılmış "Vətəndaş müqaviləsi"nin deputatları etika məsələləri komissiyasının yaradılması ideyasına qarşıdır" başlıqlı məqalədə yazır ki, parlamentin "Hayastan" fraksiyasının üzvləri spiker Alen Simonyanın şəhərdə kütlə içində vətəndaşı söyməsi və üzünə tüpürməsi, ombudsmanlığa namizəd müzakirə olunarkən iqtidar fraksiyasının katibi Artur Hovanisyanın xuliqanlıq etməsi, deputat Qurğen Arsenyanın "120 min arsaxlıya görə 3 milyon hayastanlını təhlükə altında qoymağa dəyməz" deməsi və s. hələ də cəzasız qalır.
Sözügedən müxalif fraksiyalarının üzvləri parlamentdə əxlaq məsələləri üzrə komissiyanın yaradılması üçün təşəbbüs göstərsələr də məsələ gündəliyə salınmayıb. Bildirilib ki, parlamentin öz qaydaları var və etika məsələləri mövcud qayda-qanunla tənzimlənir.
Müxalifətçi deputatlar isə bildiriblər ki, əxlaqsız doğulanlar əxlaq komissiyasının olmasını heç vaxt istəməzlər.
Nəsib