19.10.2024, 10:50
AZ EN
01.04.2023, 08:00 143

BMT baş katibinin müavini: Bütün ölkələr nüvə silahı ilə bağlı öhdəliklərinə əməl etməlidir

XƏBƏRLƏR
  • Bütün ölkələr, istisnasız olaraq, Nüvə Silahlarının Yayılmaması Müqaviləsi üzrə öhdəliklərinə ciddi şəkildə əməl etməlidirlər.

Bunu cümə günü BMT baş katibinin müavini, tərksilah məsələləri üzrə ali nümayəndə İzumi Nakamitsu bildirib.

O, BMT Təhlükəsizlik Şurasının iclasında çıxışı zamanı deyib: “Bütün dövlətlər eskalasiyaya, səhvə və ya səhv hesablamalara səbəb ola biləcək hər hansı hərəkətdən çəkinməlidirlər. Nüvə Silahlarının Yayılmaması Müqaviləsinə qoşulan bütün ölkələr, nüvə gücləri, eləcə də qeyri-nüvə dövlətləri müqavilə üzrə öhdəliklərə ciddi şəkildə əməl etməlidirlər”.

Nakamitsu əlavə edib ki, Nüvə Silahlarının Yayılmaması Müqaviləsinin bütün müddəalarına riayət etmək, beynəlxalq sülhün və sabitliyin qorunmasında əsas elementdir. (AZƏRTAC)

Oxşar xəbərlər