22.11.2024, 12:37
AZ EN
19.04.2022, 08:40 309

Döyüş meydanından qaçanlar “vətənpərvərlik”dən dəm vururlar

XƏBƏRLƏR

Qorxaq qəhrəmanlıq eşqinə düşüb

Ermənistanın baş naziri Nikol Paşinyanın aprelin 13-də parlamentdəki çıxışından sonra Ermənistan müxalifəti kütləvi aksiyalar keçirərək həmin çıxışdakı tezislərə qarşı subyektiv münasibət bildirməyə başlayıb. Aprelin 17-də milli təhlükəsizlik xidmətinin sabiq rəhbəri, «Badiv unem» fraksiyasının sədri Artur Vanetsyan NEWS.am TV-yə və Feysbuk  hesabında xalqa müraciət edərək fasiləsiz kütləvi aksiyalar keçirmək üçün Azadlıq meydanına yığışmağın vacibliyini bildirib. Reallığı görməyən bu deputat Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasının qəti əleyhdarlarından biridir. O, müqavilə bağlanmazdan öncə Qarabağın statusu məsələsinin gündəliyə salınmasında israrlıdır. Dövlət Təhlükəsizlik xidmətinin rəhbəri vəzifəsindən işdə yol verdiyi ciddi nöqsanlara görə azad edilən A.Vanetsyan digər erməni mənbələrinin bildirdiyinə görə, 44 günlük müharibə ərzində dəfələrlə döyüş bölgəsinin tərk edilməsi barədə göstərişlər verib. «Həqiqi vətəndaşlar» birliyinin sədri Daniel İrannisyan isə facebook səhifəsində yazıb ki, Azərbaycan xüsusi təyinatlıları kiçik dəstələrlə Şuşa istiqamətində hücuma keçərkən Vanetsyana tabe olan alay məhz onun əmri ilə döyüş bölgəsini tərk edib qaçmışdı. Onun indi vətənpərvərlikdən ağız dolusu danışması gülünc görünür.

 

Seyran Ohanyan: «Ermənistan türkləşməyə doğru gedir»

Artur Vanetçyanın İrəvanın Azadlıq meydanında fasiləsiz, oturaq aksiyaya başlanılması barədə çağırışı müxalifətin digər qurplaşmaları, o cümlədən Xocalı qatili Seyran Ohanyanın tərəfdaşları tərəfindən müdafiə olunur. S.Ohanyan aprelin 17-də NEWS.am TV-yə müsahibəsində deyib ki, «Ermənistan türkləşməyə doğru gedir. Paşinyana heç kəs mandat verməyib ki, «artsax»ın taleyini həll etsin. O, özü «artsax hərəkatı»nda iştirak etməyib. İndi də öz fəaliyyəti ilə Ermənistanı Türkiyə ilə Azərbaycanın tələsinə salır». Populist sözlərlə çıxış edən S.Ohanyan erməni ordusunun guya ölkəni qorumaq gücündə olduğunu bildirir və həm ordunu, həm də xalqı Paşinyana qarşı barışmaz mübarizəyə çağırır. Jurnalistin «artsaxın taleyi necə olacaq?» sualına isə özünün reallığı dərk etməyən təxəyyülü ilə cavab verir ki, o heç vaxt Azərbaycanın tərkibində olmamalıdır. Bütün danışıqlar prosesi məhz Qarabağın statusu fonunda aparılmalıdır.

«Hayastan» fraksiyasından olan vitse-spiker İşxan Sağatelyan da onunla eyni mövqeyi bölüşdüyünü bildirib. İ.Sağatelyan 24 NEWS-a verdiyi müsahibədə kimisə hakimiyyətə gətirmək üçün toplaşmadıqlarını yalnız Ermənistanın və separatçı rejimin mənafeyini müdafiə etdiklərini bildirib.

Nəsib QARAMANLI

Oxşar xəbərlər