22.11.2024, 05:24
AZ EN
09.02.2023, 16:07 348

Ukraynada dost dəstəyi davam edir

XƏBƏRLƏR

Rusiyanın ədalətsiz müharibəsi nəticəsində xeyli dağıntılara məruz qalan, əhalisinin 4 milyondan çoxu müxtəlif ölkələrə, o cümlədən qardaş Türkiyəyə və ölkəmizə pənah gətirən ukraynalılar harda olsalar da milli mentalitetlərinə sadiq olduqlarını davam etdirirlər. Hazırda Minskdə yaşayan Natali Bondarenko, kiyevli Nina Djoka da belələrindəndir. Onlar qardaş Türkiyədə baş vermiş zəlzələnin bütün soydaşlarının da kədərinə, mənəvi ağrısına səbəb olduğunu bildirməklə yazırlar ki, bizim ədalətli özünümüdafiə döyüşlərimizin uğurlu olmasında türk qardaşlarımızın bağışladıqlar Bayraktarların böyük rolu olub və bu, indi də davam edir. Məhz ona görə də onlarla körpəyə Bayraktar adı verilib. Zəlzələ xəbərini ürək ağrısı ilə dinlədik və TV-lərdə dağıntıları gördükcə gözyaşlarını saxlaya bilmirik. Dövlətimiz qardaş türklərə bacardığı köməyi edib və edəcəkdir. Tarixən türklər qürurlu və yenilməz olublar, indi də belədir. Ona görə də inanırıq ki, onlar bu dəhşətli durumda da qürurlarını xüsusilə düşmənlərə nümayiş etdirəcəklər. Tanrı Türkiyə və türkləri qorusun!

Hazırladı: N.Qaramanlı

Oxşar xəbərlər

SON XƏBƏRLƏR