23.12.2024, 03:48
AZ EN
30.09.2022, 15:41 198

Mustafa Şentop: "Minsk qrupu Azərbaycanla Ermənistan arasında problemin həllində sinifdə qaldı"

XƏBƏRLƏR
  • Türkiyə regionda sülhün bərqərar olması üçün səy göstərdiyi halda, həmkarım, ABŞ Konqresinin Nümayəndələr Palatasının sədri Nensi Pelosi Ermənistana təxribat xarakterli səfər edib. Bunu Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentop deyib.

O qeyd edib ki, bu səfər BMT Təhlükəsizlik Şurasının qətnamələrinə məhəl qoymayan, BMT Təhlükəsizlik Şurasının, ATƏT-in və Avropa Şurası Parlament Assambleyasının bir çox qətnamələrində işğalçı kimi tanınan Ermənistanı beynəlxalq hüquqa zidd davranışlara təşviq etməkdən başqa bir məqsədə xidmət etməyəcək.

"ATƏT-in Minsk qrupu Azərbaycanla Ermənistan arasında problemin həlli məsələsində sinifdə qaldı. BMT və ATƏT də daxil olmaqla, bir çox beynəlxalq qurumun Ermənistanı işğalçı elan etdiyi 28 il boyunca problemin həll edilməsi üçün sözün əsl mənasında heç bir addım atmayan Minsk qrupu həmsədrlərindən biri olan ABŞ-ın Nümayəndələr Palatasının sədrinin tam da artıq Azərbaycanın "Bu problemi siz həll edə bilmirsinizsə, öz imkanlarımla özüm həll edərəm" dediyi və öz torpaqlarını işğaldan azad etdiyi bir zamanda Ermənistanı ziyarət etməsi regionda sülhü zədələyən pisniyyətli və məsuliyyətsiz bir davranışdır", - deyə Şentop bildirib.

TBMM sədri, həmçinin, Pelosinin Ermənistanda olduğu zaman böyük bir heyətlə Azərbaycana səfər etməyi planlaşdırdığını, lakin Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarovanın ölkə xaricində olması səbəbindən bu səfərin baş tutmadığını qeyd edib. ("Trend")

Oxşar xəbərlər