22.11.2024, 01:01
AZ EN
16.04.2022, 15:50 392

Ermənistan Rusiya əleyhinə sanksiyalara qoşulub

XƏBƏRLƏR

Ermənistan bankları ABŞ-a Rusiya əleyhinə sanksiyaları dəstəkləyəcəyini vəd edib. Erməni KİV-lərinin yaydığı məlumata görə,bunu ABŞ-ın Ermənistandakı səfiri Linn Treysi deyib.

Qeyd olunur ki, təxminən bir ay əvvəl səfir Ermənistan banklarının rəhbərləri ilə görüş keçirib və Qərb sanksiyalarından yan keçərək Rusiyaya yardım etməməyə çağırıb.

"ABŞ Ermənistanın beynəlxalq sanksiyalara sadiqliyini alqışlayır və Ermənistanın bank sektorunun nümayəndələri ilə bu məsələ ilə bağlı müntəzəm təmasları dəstəkləyir", - səfir deyib. ("Trend")

Oxşar xəbərlər