19.10.2024, 09:29
AZ EN
15.04.2022, 08:10 399

Rusiya XİN rəhbərinin Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması üzrə xüsusi nümayəndəsi təyin edilib

XƏBƏRLƏR

Xüsusi tapşırıqlar üzrə səfir İqor Xovayev öz işini yeni vəzifədə, yəni Rusiya Federasiyası xarici işlər nazirinin Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında münasibətlərin normallaşmasına yardım üzrə xüsusi nümayəndəsi kimi davam etdirəcək. Bunu Rusiyanın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

M.Zaxarova xatırladıb ki, fevralın 24-də Vaşinqton və Paris ATƏT-in Minsk Qrupunun həmsədrlərinin "üçlüyü" çərçivəsində Moskva ilə bütün əlaqələri məhdudlaşdırıblar.

"Lakin Cənubi Qafqazdakı real vəziyyət danışıqlarda heç bir fasiləyə imkan vermir. ABŞ və Fransa həmsədrlər arasında əməkdaşlığı dayandırdığı üçün regionda uzunmüddətli sülh və sabitliyin bərpası üçün əlavə ardıcıl addımlar tələb olunur.

Bununla əlaqədar xüsusi tapşırıqlar üzrə səfir İqor Xovayev öz işini yeni vəzifədə, yəni Rusiya Federasiyası Xarici İşlər Nazirinin Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında münasibətlərin normallaşmasına yardım üzrə xüsusi nümayəndəsi kimi davam etdirəcək. Onun diqqət mərkəzində sözügedən sülh müqaviləsinin hazırlanması məsələsi olacaq. Biz Bakı və Yerevandakı müttəfiqlərimiz və tərəfdaşlarımızdan İ.A.Xovayevin səylərinin dəstəyinə ümid edirik. Digər maraqlı oyunçularla konstruktiv qarşılıqlı əlaqə üçün açıqdır", - deyə M.Zaxarova bildirib. ("Trend")

Oxşar xəbərlər