19.10.2024, 13:29
AZ EN
09.04.2022, 08:30 171

ATƏT-in Minsk qrupu ləğv ediıib

XƏBƏRLƏR

“ATƏT-in Minsk qrupunun həmsədrləri olan ABŞ və Fransa bu format çərçivəsində Rusiya ilə əlaqə saxlamaqdan imtina ediblər”. Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ermənistanın xarici siyasət idarəsinin rəhbəri Aratat Mirzoyanla birgə keçirdiyi mətbuat konfransında belə deyib.

“ATƏT-in Minsk qrupu üçlüyünün gələcək taleyinin necə olacağını deyə bilmərəm. Çünki rusofobiyanın təsiri altında olan amerikalı və fransalı tərəfdaşlarımız Rusiya ilə təmasları ləğv etməyə can ataraq, ATƏT-in Minsk qrupunu ləğv ediblər. Bu format çərçivəsində bizimlə əlaqə saxlamaqdan imtina ediblər,” - S.Lavrov bildirib. Onun sözlərinə görə, Rusiya Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasına, habelə Azərbaycan, Rusiya və Ermənistan arasında üçtərəfli formatda əldə olunmuş razılaşmaların yerinə yetirilməsinə tərəfdar olaraq qalmaqdadır.

Oxşar xəbərlər