21.11.2024, 21:38
AZ EN
30.12.2022, 18:15 154

İğdırlı gənclərdən Şuşa-Xankəndi yolundakı aksiyaya dəstək

XƏBƏRLƏR
  • Türkiyənin İğdır şəhərində fəaliyyət göstərən Azərbaycan Evinin qarşısında Rusiya sülhməramlılarının müvəqqəti nəzarətindəki Azərbaycan ərazisində faydalı qazıntı yataqlarının qeyri-qanuni istismarına etiraz əlaməti olaraq aksiya keçirilib.

Azərbaycan Evindən verilən məlumata görə, gənclərin iştirakı ilə keçirilən aksiyada Azərbaycana həmrəylik şüarları səsləndirilib, Ermənistanın həyata keçirdiyi ekoloji terrorun dayandırılması tələb edilib.

İğdır–Azərbaycan Dil, Tarix və Mədəniyyət Birliyini Yaşatma və Dəstəkləmə Dərnəyinin, eləcə də İğdır-Azərbaycan Evinin sədri, tədqiqatçı-yazıçı Ziya Zakir Acar azərbaycanlı fəalların artıq 19-gündür Laçın-Xankəndi yolunda davam edən etiraz akasiyasının məqsəd və tələblərindən bəhs edib. Diqqətə çatdırılıb ki, Azərbaycan əhalisi öz ərazisindəki təbii sərvətlərin qanunsuz istismarını beynəlxalq cinayət hesab edir və bunun dərhal dayandırılmasını Rusiyanın bölgədəki sülhməramlı heyətinə rəhbərlik edən şəxslərdən tələb edir.

Türkiyəli aksiya iştirakçıları bildiriblər ki, lazım gəlsə Laçın-Xankəndi yolunda davam edən etiraz akasiyasına bütün formalarda dəstək verməyə hazırdırlar. (AZƏRTAC)

Oxşar xəbərlər