Ukraynanın Slovakiya ilə sərhədinin yaxınlığında, Zakarpatye bölgəsindəki Ujqorod rayonunun Velikiy Beryoznıy kəndində 35 yaşlı saç ustası Rimma Mitrakın təşəbbüsü ilə məcburi köçkün ailələr üçün sığınacaq yaradılıb. Bu barədə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının rəsmi internet səhifəsində məlumat yerləşdirilib (https://www.unhcr.org).
Məlumatda bildirilir ki, müharibənin ilk günlərində təhlükəsiz yer tapmaq üçün ölkənin qərb rayonlarına gələn insanlara yardım etmək üçün Rimma, özünün Feysbuk səhifəsində sözügedən təşəbbüslə çıxış edib. Onun təşəbbüsünə qoşulan həmyerliləri kənddə boş qalmış anbarı 80 nəfərlik yataqxanaya çeviriblər. Feysbukadakı çağırışdan cəmi dörd gün sonra sığınacaq məcburi köçkünləri qəbul etməyə hazır olub.
Rimma öz şəxsi təcrübəsindən bilir ki ki, getməyə yeri olmayan adamlar üçün təhlükəsiz bir sığınacaq nəqədər önəmlidir. O deyir: “Mən özüm uşaq evində böyümüşəm, dəstəyə ehtiyacım olub. Buna görə də düşündüm ki, belə insanlara kömək göstərmək üçün əlimdən gələni etməliyəm”.
Keşmiş hərbçi olan həyat yoldaşının və 15 nəfər könüllü həmkəndlisinin yardımı ilə Rimma əl altındakı ləvazimatlardan sığınacaqda müvəttəqi yaşayış üçün şərait yaradıbk: burada yataq yerləri, mətbəx və yeməkxana var. Buraya gələn məcburi köçkünlərdən bir gün gecələyənlər də olur, bir neçə gün qalanlar da...
Kiyev yaxınlığındakı Brovarı şəhərindən arvadı və qızı ilə birgə Velikiy Beryoznıya pənah gətirmiş Viktor Nastiç gecələmək üçün yer və isti yemək verdikləri üçün sığınacağı quranlara təşəkkür edir. O deyir: “Rimmaya heykəl qoymaq lazımdır. On nə evi var, nə dəəmlakı, amma insanlar üçün hər şey edir. Kənd Sovetinə gedir və kömək istəyir. Hamı onu tanıyır və kömək etməyə çalışır”.
Hazırda Ukraynada məcburi köçkün vəziyyətinə düşmüş 7,1 milyon insanın yardıma ehtiyacı var. BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı bu insanlarların ilkin tələbatlarını qarşılamaq üçün 70-dən çox qəbul məntəqəsi açıb ki, onların da hər birində 250-yə yaxın məcburi köçkün yerləşdirmək mümkündür.