“Sputnik Armenia”ya xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin İnformasiya və Mətbuat Departamentinin direktor müavini İvan Neçayev brifinq zamanı deyib.
Onun sözlərinə görə, iclas iştirakçıları təşkilat çərçivəsində xarici siyasət, hərbi və antiterror əməkdaşlığına dair qərarlar paketini nəzərdən keçirəcəklər.
Həmçinin KTMT-nin Kollektiv Təhlükəsizlik Şurasının təsdiqinə təqdim edilmiş bir sıra sənədlərin, o cümlədən yekun bəyannamənin təsdiqi nəzərdə tutulur. (APA)