18.10.2024, 22:14
AZ EN
31.10.2022, 07:00 311

Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko qarşıdakı Soçi sammiti barədə fikrini bildirib

XƏBƏRLƏR
  • Rusiya hesab edir ki, oktyabrın 31-də Soçidə olacaq üçtərəfli sammit Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi bağlanmasına gedən yolda irəliləyişə imkan verəcək.

Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko bu fikri jurnalistlərlə söhbətində bildirib. O deyib: “Mənim fikrimcə, sabahkı Soçi görüşündə bütün məsələlərə toxunulacaq. Ümid edirik ki, bu görüş bir sıra məsələlər barədə, o cümlədən sülh müqaviləsinin imzalanması yolunda irəliləməyə imkan verəcək”.

A.Rudenko ilin sonuna kimi sülh müqaviləsinin imzalanmasının ehtimalı haqqında Ermənistanın baş naziri Nikol Paşinyanın sözlərini şərh edərək deyib: “Görünür, onun belə danışması üçün hansısa əsasları var”. (AZƏRTAC)

Oxşar xəbərlər