22.11.2024, 10:43
AZ EN
27.10.2022, 14:38 516

İkinci Qarabağ müharibəsində jurnalistlərimiz düşmən təbliğatına qarşı dirəniş göstərdi - Fəxrəddin Altun

XƏBƏRLƏR

İkinci Qarabağ müharibəsində jurnalistlərimiz düşmənin qara təbliğatına qarşı dirəniş göstərdi və əks arqumentlər ortaya qoyaraq bu savaşın önündə yer aldılar.

Bunu oktyabrın 27-də Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsinin rəhbəri Fəxrəddin Altun Ankarada Beynəlxalq Jurnalistika Forumunda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, müharibələr, təəssüf ki, günümüzün acı gerçəkləridir: "Kaş ki, müharibələr olmazdı, müharibə jurnalistikası ilə bağlı da təlimlərə gərək qalmazdı. Müharibə günümüzün aktual məsələsi olduğu üçün bu sahədə jurnalistlər də müəyyən qədər biliklərə sahib olmalıdırlar. Bir jurnalist üçün müharibə təxribatlarına uymamaq təməl prinsip olmalıdır. Müharibədə yazılacaq hər yazı, çəkiləcək hər foto bəzən müharibənin gedişini dəyişdirə bilir. Ona görə jurnalistlər öncə müharibənin nə olduğunu və nə üçün edildiyini bilməlidirlər. Jurnalist yazılarında müharibəni qızışdıran deyil, barışdırıcı ifadələr işlətməlidir, - F.Altun deyib.

Trend

Oxşar xəbərlər

SON XƏBƏRLƏR