22.11.2024, 02:50
AZ EN
26.10.2022, 10:08 374

Meksika deputatları Azərbaycanın regionda sülh və sabitliyin bərqərar olması istiqamətində atdığı addımları alqışlayır

XƏBƏRLƏR

Meksika Deputatlar Palatasında fəaliyyət göstərən Meksika-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Migel Anxel Navarrete Azərbaycanın Müstəqilliyinin Bərpasının 31-ci ildönümü ilə əlaqədar ölkəmizin Meksikadakı səfirliyinə təbrik məktubu ünvanlayıb.

Səfirlikdən verilən məlumata görə, məktubda Azərbaycanın bu illər ərzində dünyada suveren və mütərəqqi bir ölkə kimi möhkəmləndiyi, Latın Amerikası regionundakı ölkələrlə, o cümlədən Meksika Birləşmiş Ştatları ilə əməkdaşlıq və dostluq əlaqələrini genişləndirdiyi qeyd edilib. Eyni zamanda, Azərbaycan hökuməti tərəfindən işğaldan azad olunmuş ərazilərdə yenidənqurma işlərinin aparılması, öz torpaqlarına təhlükəsiz və dinc qayıdışın təmin edilməsi, habelə regionda sülhün və sabitliyin bərqərar olunması istiqamətində göstərilən səylərin alqışlandığı vurğulanıb.

Məktubda, həmçinin Vətənimizin suverenliyi və ərazi bütövlüyünün bərpası uğrunda canlarından keçmiş şəhidlərimizə rəhmət dilənilib, bütün Azərbaycan xalqına başsağlığı ifadə olunub.

AZƏRTAC

Oxşar xəbərlər

SON XƏBƏRLƏR