19.10.2024, 06:18
AZ EN
04.05.2022, 17:00 512

Daşnaklar Nikoldan əl çəkmirlər

XƏBƏRLƏR

Vitse-spiker baş nazirə meydan oxuyur

 

Ermənistan parlamentinin vitse-spikeri, “Daşnaksütyun” partiyasının rəhbərlərindən olan  İşxan Sağatelyan son iki gündə müxalifətin əsas simalarından birinə çevrilib. O mayın 3-də və 4-də müxalif deputatların parlamentin iclasında iştirak etməməsinə nail olub. Onlar parlamentin spikerinin  çağırışına məhəl qoymadan yenə də etiraz aksiyasının təşkilatçıları rolunda çıxış edir və yeri gələrsə mandatlarından istifadə edəcəklərini vurğulayırlar. Daşnak İşxan Sağatelyan isə baş nazir Nikol Paşinyana qarşı  daha kəskin mövqedədir. O, yenə də bildirib ki, Paşinyan nəinki istefa verməli, hətta vətən xaini kimi məsuliyyətə cəlb edilməlidir. Jurnalistin “Əgər Paşinyan istefa verərsə, Türkiyə və Azərbaycanla danışıqları davam etdirəcəksinizmi” sualına cavab olaraq isə bildirib ki, hər iki ölkə ilə danışıqlar yalnız milli ruhlu hökumət təşkil olunduqdan sonra başlayacaq. Paşinyan və komandası isə heç vaxt milli məsələ ilə bağlı müzakirələrdə iştirak etməyəcək.Vitse-spikerin bu sərsəmləmələri parlamentin sədri tərəfindən tənqid olunub və A.Simonyan bir daha bildirib ki, dövlətdən aldıqları maaş müqabilində işləməlidirlər. Camaatı küçələrə töküb onları vətəndaş itaətsizliyinə səsləmək cinayətdir.

 

Terrorçu özünü qəhrəman kimi təqdim edir

 

“Hraparak” qəzetinin 4 may tarixli sayında yazılır ki, 2021-ci il noyabrın 13-də Xankəndi sakini Noray Mirzoyan Şuşa yaxınlığında yolda azərbaycanlı hərbçilərə qumbara atmışdı. Əslən Şuşadan olan N.Mirzoyan mayın 3-də  İrəvanın Fransa meydanındakı etirazçılara qoşulub. O, Paşinyana qarşı etiraz aksiyasında iştirak etməyi özünə borc bildiyini deyib və əlavə edib ki, “türklərə qumbara atmağımla erməni ruhumuzun hələ ölmədiyini nümayiş etdirdim”.

Ən azı qanunsuz silah və döyüş  sursatı saxladığına görə həbs edilməli olan bu terrorçunun indi özünü milli qəhrəman kimi təqdim etməsi bir daha vurğulamağa əsas verir ki, erməni xəstəliyi müalicə olunan deyil, onlara yenə yumruq lazımdır.

 

Nikol sözü təhqir kimi qəbul edilir

 

Müxtəlif erməni saytlarında yerləşdirilmiş video-çarxlarda səhər tezdən əsas yolların etirazçılar tərəfindən tutulması və polislərin  onları uzaqlaşdırması barədə məlumatlar verilmişdir. Etirazçılar mayın 5-də səhər saat 9-da Davidaşen körpüsünün üstündə müxtəlif markalı minik və yük maşınları dayandırıblar. Şəhərin mərkəzindəki Xançiyan küçəsi də etirazçılar tərəfindən bağlanılıb. Küçənin  yerləşdiyi çayın üstündəki keçiddə isə bir qrup gənc “Türksüz Ermənistan”, “Nikolsuz Ermənistan” şüarlarını qışqıraraq pedaqoji universitetə gedən tələbələrin də etirazçılara qoşulmasına nail olublar.

İrəvan-Sevan marşrutunun Çarensavan şəhərindən 1 km aralıda da magistral yol bağlanıb. Video-çarxdan görünür ki, həmin yerə gələn polislərlə etirazçılar arasında qızğın mübahisə başlayıb. Etirazçılardan biri polisə “Sən də Nikolsanmı” - deyə təpki göstərib. Polis isə “Nikol özünsən, gicbəsər”, - deyərək onun qollarını burub maşına oturdub. Başqa bir etirazçı isə yanındakı müxbirə deyir ki, Nikol və türk sözləri sinonimdir və bunları yalnız pis adamlara demək olar. Polisin kəskin müdaxiləsindən sonra magistral yolu boşaldan etirazçılar İrəvanın Fransa meydanına doğru hərəkət edəcəklərini bildirirlər. Nəhayət, saat 14-də maşınların hərəkəti bərpa edilib.

Bağramyan prospekti isə iri zibil yeşikləri ilə kəsilib. Buraya toplaşanlar arasında  qatı cinayətkar, “Sisan” dəstəsinin komandiri Aşot Minasyan da var. Hadisə yerinə gələn çevik polis dəstəsi güc tətbiq etməklə yolu açıb və saatlarla siqnal verən maşınlar hərəkətə başlayıb.

 

 5 nəfər “Nikol” həbs edilib

 

“Azadlıq” hərəkatının üzvləri hamıya qəribə gələn bir üsula əl atıblar. Onlardan beş nəfər Paşinyanın şəkli əks olunmuş maskalar taxaraq nümayişçilər arasında müxtəlf hərəkətlər etməklə onları əyləndirməyə başlayıblar. Hadisə ilə bağlı dərhal hüquq mühafizə orqanlarına məlumat verilib və 5 nəfər “Nikol” saxlanılaraq polis şöbəsinə aparılıb. Onlara şəxsiyyəti təhqiretmə və digər maddələrlə cinayət işi açılıb. Mitinq iştirakçıları isə baş prokurorluğa müraciət edərək həmin saxlanılanların buraxılmasını tələb etsələr də, “Nikollar” sərbəst buuraxılmayıblar.”

 

Etirazçılar parlamentin binasına yürüş edəcək

 

Mayın 5-də müxalifət liderlərinin çağırışı ilə vətəndaş itaətsizliyinə başlayan ermənilər saat 5-in yarısında parlamentə gəlib  deputat sorğularına cavab verməli olan Nikol Paşinyanı görmək və ona “suallar” ünvanlamaq üçün iclas zalına girəcəklərini bəyan ediblər. Bir az sonra etirazçılara milli təhlükəsizlik xidməti tərəfindən ciddi xəbərdarlıq edilib.

MTX əhaliyə müraciət edərək bildirib ki, əgər vətəndaş itaətsizliyi göstərib parlamentin binasına daxil olmağa cəhd etsələr, qanunun bütün imkanlarından istifadə ediləcək.

Xatırladaq ki, baş nazir hər həftə parlamentə gələrək mövcud durum və qarşıda duran vəzifələr barədə deputat sorğularına cavab verir.

Hazırladı: Nəsib QARAMANLI

Oxşar xəbərlər