Göstərilir ki, bu və ya digər qərarlar insan haqlarının müdafiəsi məqssədi ilə qəbul olunubsa da, onların çoxu yalnız kağız üzərində qalmaqdadır. Təkcə ayrı-ayrı vətəndaşların deyil, həm də “arsaxın” haqqında nəsə söz demək də artıq arxa plana keçib. Qəzet etibarlı mənbəyinə istinadən xəbər verir ki, Paşinyan bu yaxınlarda öz komandası ilə növbəti qeyri-rəsmi görüş keçirib. O, Qarabağ haqqında nə acı, nə də xoş söz deməməyi, ümumuyyətlə, bununla bağlı suallara cavabdan təmkinlə yayınmağı tapşırıb. Paşinyan komandasının üzvləri Q.Melkonyana və A.Nazaryana isə dəfələrlə tapşırılıb ki, ümumiyyətlə, Qarabağ barədə danışmasınlar. Qəzetin məlumatına görə Paşinyan hər iki şəxsə deyib ki, “sizin sözləriniz səmimi, sevgi ilə qarşılanmır. Ona görə də heç vaxt danışmasanız daha faydalıdır”.
Amma qəzet açıqlamır ki, Melkonyanla Nazaryan Qarabağ haqqında danışarkən hansı ifadələri işlədiblər ki, nə Paşinyanın, nə də dinləyənlərin xoşuna gəlməyib.
Nəsib QARAMANLI