08.09.2025, 01:53
AZ EN
07.09.2025, 15:01 102

Doqquz ayda Türkiyədən Suriyaya təxminən 475 minə yaxın qaçqın qayıdıb

XƏBƏRLƏR
  • Türkiyənin daxili işlər naziri Ali Yerlikaya suriyalı qaçqınların fəal şəkildə vətənlərinə qayıtdığını bildirib.

Nazirin məlumatına görə, Suriyada hakimiyyət dəyişikliyindən sonra (2024-cü il dekabrın 8-dən etibarən) qonşu ölkəyə könüllü əsasda 474 min 18 suriyalı geri dönüb. Ümumilikdə isə 2016-cı ildən bu göstərici 1 milyon 213 min 620 nəfərə çatıb.

A.Yerlikaya Türkiyə hakimiyyətinin qaçqınların Suriyaya könüllü və ləyaqətli şəkildə qayıdışına dəstək verməyə hazır olduğunu vurğulayıb. (AZƏRTAC)

Oxşar xəbərlər