“Figaro” saytı xəbər verir ki, ölkənin ən böyük müsəlman liseyinə dotasiyanın dayandırılması barədə qərarı məktəbin yerləşdiyi Lil şəhərinin məhkəməsi ikinci dəfə təsdiq edib.
Tədris ilinə az qalmış xüsusi ittiham qaydasında verilmiş qərar lisey rəhbərliyini və şagirdləri çətin vəziyyətə salıb. Liseyin vəkilləri bildirirlər ki, bu qərar liseyin “tədricən ölməsi deməkdir”. Qərardan sonra təhsil haqları artacaq, çox sayda şagird və müəllim liseyi tərk edəcək. (AZƏRTAC)