20.09.2024, 01:26
AZ EN
10.10.2022, 12:00 449

İranın hərbi portalı Ermənistanı dəstəkləyir

XƏBƏRLƏR

Ermənistanın “lurer.com” informasiya agentliyinin yaydığı məlumata görə, İran İslam Respublikasının “İrdiplomacy” hərbi analitik portalı bu günlərdə “Azərbaycan müharibəyə cəhd edir” sərlöhvəli analitik  məqalə dərc edib.

Məqalədə göstərilir ki, Praqada keçirilən görüşlər və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin həmin görüşlərdəki qətiyyətli mövqeyi bu ölkənin yeni  müharibəyə başlamaq istəyindən xəbər verir. Müsəlman ölkəsinin bu nüfuzlu portalı 2020-ci ildə baş vermiş erməni təxribatına qarşı Azərbaycan ordusunu əks-həmlə tədbirlərini də görməməzliyə vurur və müxtəlif uydurmalarla Azərbaycan tərəfini günahkar, erməniləri isə haqlı çıxarır. Zəngəzur dəhlizi barədə danışıqlar gündəmə gəldikdən dərhal sonra ermənilərin mövqeyini müdafiə edən və bunun üçün müxtəlif uydurmalar yaradan bu “müsəlman ölkəsi”ndəki bəzi qüvvələr “qonşu və dost erməniləri” müdafiə etməyə hazır olduqlarını bildirirlər.

İran İslam Respublikasının yaxın vaxtlarda Qafanda açılmış baş konsuluğuna  Mürtəza Abdin Vəraminin rəhbər təyin edilməsi ilə Ermıənistan-İran münasibətlərinin daha da dərinləşəcəyini xüsusi qeyd edən portal İsrailin müdafiə nazirinin Bakıya gələrək Azərbaycan Prezidenti İlham Əliyevlə və həmkarı Zakir Həsənovla görüşməsini də müharibəyə hazırlıq kimi dəyərləndirib və qeyd edib ki, bu, İran rəsmilərinin ermənilərə qarşı sevdasını daha da artırıb. Sözügedən portal İranın və başqa ölkələrin Ermənistanı dəstəkləməsini müsbət hal adlandırıb və qeyd edir ki, Hindistanın Ermənistana 245 milyon dollar dəyərində silah satması məhz İsrailləAzərbaycanın münasibətlərini yeni səviyyəyə qalxmasına olan cavabdır.  Portal ermənilərin “məzlum və sülhsevər” olduqlarını həyasızcasına vurğulamaqla əlavə edir ki, 2020-ci ildə  İsrail silahları ilə vuruşan Azərbaycan əsgərləri təkcə  İsrailə deyil, həm də Türkiyə və Pakistana minnətdar olmalıdır, yoxsa məğlub olacaqdılar.

Prezident İlham Əliyevin Zəngəzur dəhlizi ilə bağlı dediklərini bir neçə dəfə vurğulayan bu portal yeni müharibə başlayarsa, Azərbaycanın öz istəyinə guya nail ola bilməyəcəyini də diqqətə çatdırmağa çalışır. Ermənilərin bu portaldakı yazı ilə bağlı  şərhləri isə, sözün həqiqi mənasında, rişxənd doğurur. Belə ki, həmişə kiminsə köməyinə ümid edən ermənilər daim öz məğlubiyyyətlərinin səbəbini də məhz başqasında axtarırlar. O ki qaldı İranın hərbi portalının anti-Azərbaycan mövqeyindən çıxış etməsinə və ermənilərə olan sevgilərini vurğulamasına, bu baxımdan, bir tarixi gerçəkliyi xatırlamaq kifayərdir ki, ermənilərdə din ifrat erməniliyə, İranda isə “müsəlmanlıq” şovinist farsçılığa xidmət edir. Azərbaycan isə tolerant ölkədir və onun şanlı ordusu hər bir düşmənin dizini yerə vurmağa qadirdir.

Nəsib QARAMANLI

Oxşar xəbərlər

SON XƏBƏRLƏR