Bu barədə Türkiyənin “Milli Gazete” nəşri Yunanıstan və Ermənistanın müdafiə nazirləri arasında Vaşinqtonda keçirilən görüşü şərh edərkən yazır.
Qəzet xatırladır ki, Ankara hər fürsətdə Afinaya “zeytun budağı”nı uzadır, Yunanıstan hakimiyyəti isə Egey və Aralıq dənizlərindəki adalara silahlar, eləcə də Kiprin cənubuna hava hücumundan müdafiə sistemləri yerləşdirərək, bölgədə düşmənçilik kursunu davam etdirir.
“Ermənistan da boş oturmur. Ermənistanın müdafiə naziri Suren Papikyan ABŞ-a səfəri çərçivəsində Pentaqondan sonra Yunanıstan səfirliyində olub və burada Yunanıstanın milli müdafiə naziri Nikos Dendias ilə görüşüb”, - deyə nəşr qeyd edib. Qəzet belə bir sualı verib?: “Bu ölkələr Türkiyəyə qarşı müharibə planları hazırlayır?”. (AZƏRTAC)