O, alternativ yolun Teğ-Kornidzor sahəsinin tikintisində üç şirkətin işlədiyini vurğulayaraq, yolun Teğ kəndinin alt tərəfindən çəkilməsi barədə təklifi layihəçilərin qəbul etmədiyini bildirib. D.Quluntsun dediyinə görə, işlər yüksək templə getdiyindən dekabr ayına qədər yolun 80 faizi tamamlanacaq.
Qeyd edək ki, Laçın və Zabux Azərbaycanın nəzarətinə keçdikdən sonra Azərbaycanla Ermənistanla birləşdirən alternativ yol Zəngəzurun Tex və Kornidzor, Şuşanın Kiçik Qaladərəsi və Böyük Qaladərəsi kəndlərindən keçəcək.