“Əslində, inadkar fransalılar Banderlanda (Ukraynaya-red.) bir neçə alay göndərsələr, yaxşıdır. Bu qədər hərbi heyəti gizlətmək çox çətindir və buna görə də onların planlı şəkildə məhv edilməsi məsələsi son dərəcə vacib məsələ, amma ən asan iş olardı. Amma bunu nə qədər faydası olardı!” - Medvedev Telegram-da belə yazıb.
O, fransalı hərbçiləri “bədbəxt” insanlar adlandırıb. “Xarici, uzaq ölkədən Fransaya gətiriləcək bu qədər tabutla peşəkar hərbçilərin kütləvi ölümünü gizlətmək mümkün deyil... Onların məhv edilməsi Silahlı Qüvvələrimizin prioritet və şərəfli vəzifəsi olacaq”, - deyə Medvedev bildirib. .
Rusiya Təhlükəsizlik Şurasının sədr müavini hesab edir ki, “fransalıların tabutları” ölkənin siyasi rəhbərliyi üçün “gilyotin”ə çevriləcək, eləcə də Ukraynaya Qərb kontingentinin göndərilməsini istəyən digər avropalılar üçün yaxşı dərs olacaq.