19.10.2024, 09:31
AZ EN
10.10.2023, 14:25 327

Antiterror tədbirləri: Qəzzada olar, Qarabağda olmaz?

XƏBƏRLƏR
  • BMT-nin məlumatına görə, Qəzza zolağında 187 mindən çox insan məcburi köçkün vəziyyətinə düşüb və onların sayının artmaqda davam edəcəyi gözlənilir. BBC-nin yaydığı bu məlumatı  şərh edən rusdilli “Caliber” teleqram kanalı (https://t.me/caliber_az_official) yazır:

“Münaqişənin səbəblərindən kənara çıxaq və diqqəti sadə insanların taleyinə - yəni humanitar aspektə yönəldək. 19-20 sentyabr hadisələri nəticəsində mülki əhaliyə heç bir ziyan dəyməsə də, hətta BQXK və BMT belə faktları qeydə almasa da, ermənilərin Qarabağı tərk etməsi məsələsində bütün Qərb dünyası onların müdafiəsinə qalxdı. Halbuki ermənilər Qarabağdan tamamilə təhlükəsiz yol ilə çıxıblar və yol boyu Azərbaycan polisi onları yedizdirib, su verib. Heç kim erməniləri getməyə məcbur etməyib, ermənilərin əsas motivi onların Azərbaycan bayrağı altında yaşamaq istəməməsi olub.

Sadə fələstinlilərə belə rahatlığı heç kim verməyib. Hər kəs Qəzzanın kütləvi bombalanmasının görüntülərini də gördü. Çox güman ki, Qəzza zolağında böyük itkilərlə müşayiət olunan quru əməliyyatı keçiriləcək (elə bil ki, Azərbaycan Silahlı Qüvvələri sentyabrın 19-da Xankəndinin yaşayış məhəllərinə girir, hərçənd rəsmi Bakı buna bilərəkdən razı olmadı).

Bununla belə, İsrailin öz təhlükəsizliyini təmin etmək üçün ərazisi olmayan Qəzza zolağındakı fəaliyyətlərinin düzgünlüyü və qanuniliyi ilə bağlı Qərbdə, o cümlədən Fransada tam konsensus müşahidə edə bilərik. Bəli, sentyabrın 20-nə qədər Qarabağda olduğu kimi, Qəzzada da qanunsuzluğun və cinayətkarlığın “boz zonası” var, orada terrorçular hökmranlıq edirdilər. Amma, Azərbaycana məxsusluğu Ermənistandan başqa dünyada heç kim tərəfindən mübahisələndirilməyən Qarabağdan fərqli olaraq, bura İsrailin ərazisi deyil.

Yəni bir halda biz İsrailin xarici ərazidə əməliyyat keçirməklə öz təhlükəsizliyini təmin etməsinə dünya ictimaiyyətinin tam razılıq verdiyini, digər halda isə Azərbaycanın öz ərazisində antiterror tədbirləri həyata keçirməsini pislədiyini görürük”.

Necə deyərlər, Azərbaycana münasibətdə ikili standartlardan əl çəkmək istəmirlər.

Oxşar xəbərlər