Buna səbəb parlamentdə çoxluq təşkil edən “Mülki Müqavilə” fraksiyasının üzvlərinin iclasa qatılmamasıdır.
Kvorum üçün 54 deputata ehtiyac olsa da, iclas zalında yalnız 33 deputat olub.
Parlamentin spikeri Alen Simonyan reqlamentə uyğun olaraq, lazımi sayda deputatın toplanması üçün daha 4 saat vaxt verdikdən sonra iclası tərk edib.
Müxalifət fraksiyaları parlamentin növbədənkənar iclasını çağıraraq bəyanat qəbul etməyi planlaşdırırdı. (APA)