Etirazçılar Qlendeyldə magistral yolu bağlayıb və nəticədə 134-cü avtomobil magistralı ilə 5-ci magistralın kəsişməsində bütün istiqamətlərdə hərəkət dayanıb.
Əgər ermənilər Laçın yolunun “açılmasını” tələb edirdilərsə, amerikalılar öz işlərinin arxası ilə getmək üçün sözün əsl mənasında, real problemlə qarşılaşıb və qəzəb hissi ilə magistral yolun açılmasını tələb ediblər. Məsələn, bu məsələdən narazı olan amerikalılar sosial şəbəkələrdə qəzəbli şərhlər yazıblar.
“Bunun baş verməsinin səbəblərini anlamıram. Amma mən belə bir tıxacda qalsaydım, etirazınızla əldə etmək istədiyiniz nəticənin əksini əldə etmək üçün petisiyaya şəxsən imza atardım. Əslində, mən bu tıxacda qalsaydım, sizin acığınıza, Azərbaycan Ordusuna ianə bağışlayardım”, - “Reditt” sosial şəbəkəsinin istifadəçilərindən biri yazıb.
“Gicbəsərlər. Bu, mənim belə bir addımı dəstəkləmək ehtimalımı azaldır”, - başqa bir istifadəçi qeyd edib.
Bundan başqa, ermənilərin konqresmen Adam Şiffin diqqətini cəlb etmək istəyi “Reditt” istifadəçilərini qəzəbləndirib: “Sadəcə bu hekayəni oxuyun. Amerikalı konqresmen niyə Ermənistandakı ermənilər üçün nəsə etməlidir?! Mən konqresmenimdən məni və maraqlarımı təmsil edəcəyini gözləyirəm”.
“Onlar bu mənasız etirazla hər kəsi qəzəbləndirərək, onsuz da başqa ölkədəki problemi həll edə bilməyəcək siyasətçinin dəstəyini almağa çalışırlar. Küçədə intizamlı şəkildə hərəkət edin. Milyonlar səsini ucaltmadıqca etirazlar ümumiyyətlə, heç bir nəticə vermir”, - digər bir istifadəçi vurğulayıb.
Bu, ermənilərin yaşadıqları ölkəyə münasibətdə nankorluqları ilə bağlı narazılıqların yalnız kiçik bir hissəsidir. Amerikalılar onların ölkəsində yaşayan və əhalinin rahatlığını pozan ermənilərin eqoist davranışlarından beziblər. (Report)