29.03.2024, 11:10
AZ EN
23.05.2022, 17:45 458

Erməni diasporları ara vururlar

XƏBƏRLƏR

Ermənistan Parlamentinin vitse-spikeri, Türkiyə-Ermənistan danışıqları üzrə xüsusi nümayəndə Ruben Rubinyan «Azadlıq» televiziyasının erməni xidmətinə verdiyi müsahibədə işlərin gedişi barədə danışarkən deyib ki, indiyədək 3 dəfə görüşüblər. Bu görüşlər zamanı sərhəd məsələsi barədə heç bir söhbət getməyib. Qərara gəlinib ki, ilkin şərtlər olmadan danışıqlar davam etdirilsin və hər iki tərəfin marağı təmin edilsin. Jurnalistin «danışıqlar zamanı «erməni soyqırımı» məsələsinə toxunulurmu?» sualına cavabda isə o bildirib ki, hələ bu məsələyə toxunulmayıb. Amma erməni diasporları tələb edirlər ki, əgər «soyqırımı» tanınmayacaqsa, Türkiyə ilə heç bir razılıqdan söhbət gedə bilməz. «İndi əsas məsələ görüşləri davam etmək və diplomatik münasibətlər yaratmaqdır», - deyə vitse-spiker Türkiyə ilə münasibətlərin normallaşmasında Paşinyan iqtidarının maraqlı, diasporların isə bir-birini ittiham etməklə aranı vurmaq istədiyini vurğulayıb. 

Nəsib QARAMANLI

Oxşar xəbərlər