10.05.2025, 04:20
AZ EN
03.03.2022, 17:00 247

Yarım milyondan çox ukraynalı ölkəni tərk edib

XƏBƏRLƏR

Rusiya-Ukrayna münaqişəsi nəticəsində artan ehtiyacları nəzərə alaraq Beynəlxalq Miqrasiya Təşkilatı (İOM) Ukraynanın təhlükəsiz bölgələrində və qonşu ölkələrdə humanitar yardım imkanlarını genişləndirir.

Müharibənin beş günü ərzində 600 mindən çox ukraynalı ölkəni tərk etmək məcburiyyətində qalıb. Təkcə Moldova və Slovakiyaya köç edənlərin ümumilikdə sayı 6 mini keçib. Beynəlxalq Miqrasiya təşkilatının ehtimallarına görə, Ukrayna ərazisində başqa millətlərdən olan 470 mindən çox insan yaşayır ki, onların da böyük əksəriyyətini əmək miqrantları və tələbələr təşkil edir.

Beynəlxalq Miqrasiya Təşkilatının əsas məqsədi köçmək məcburiyyətində qalan miqrantların təhlükəsizliyini və mühafizəsini təmin etmək, onların ilkin yardım ala bilmələrinə dəstək olmaqdır. Bu yöndə təşkilat yaxın günlərdə Ukraynanın Luqansk şəhərində müvafiq qurum və icmalara ən çox ehtiyac duyulan zəruri avadanlıqlarla yardımlar edib.

Ukraynadakı gərginliyə qonşu ölkələr də biganə qalmır. Bu prosesdə bəzi dövlətlər viza müddətinin uzadılması ilə Ukraynaya dəstək göstərirlər. Beynəlxalq Miqrasiya Təşkilatı isə bu addımları dəstəkləyir və digər dövlətlərə də hər hansı ayrı-seçkilik etmədən eynimiqyaslı yardımlar göstərmələri üçün müraciətlər edir. Dövlətlərarası dəstək prosesinə Avropa Birliyi də biganə qalmır. Belə ki, AB qısa müddətli yardım və müdafiyə təminati üçün artıq danışıqlar masasına əyləşib.

Ukraynanın qərb qonşusu Polşa sərhəddində də müvafiq tədbirlər sürətləndirilib.  Beynəlxalq Miqrasiya Təşkilatı müşahidə və yardım çadırlarında ilkin müdafiə, su, gigiyena, sanitariya və qeyri-qida məhsulları ilə dəstək verir. Təşkilat müvafiq səfirliklərlə həmin ölkə vətəndaşlarının təhlükəsiz evakuasiyası üçün əlaqələr yaradır, müvafiq informasiya mərkəzləri və qaynar xətlərlə dəstəyini göstərir.

Oxşar xəbərlər

SON XƏBƏRLƏR