Vasili Nebenzya: “Avropadakı ukraynalı qadınlar və uşaqlar insan alverçilərinin qurbanına çevrilirlər"
XƏBƏRLƏR
“Avropadakı ukraynalı qadınlar və uşaqlar insan alverçilərinin qurbanına çevrilirlər”. Bunu Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya bildirib.
“Beynəlxalq strukturlar Avropaya düşmüş ukraynalı qadın və uşaqların insan alveri ilə məşğul olan Avropa mütəşəkkil cinayətkar qruplarının qurbanı olmamasını təmin etməyə borcludurlar. Artıq buna dair sübutlar var”, - Nebenzya deyib. ("Report")