09.06.2025, 13:38
AZ EN
16.05.2022, 17:40 632

Eduard Şarmazanov ağlını itirib

XƏBƏRLƏR

«Respublika» partiyasının fəalı, Ermənistan parlamentinin sabiq vitse-spikeri Eduard Şarmazanov mayın 16-da özünün feysbuk səhifəsində növbəti sərsəmləmələrini paylaşıb. O yazır: «Azərbaycanda anti-Nikol hərəkatından narahatdırlar. Hətta iş o yerə çatıb ki, rəsmi Bakı birbaşa belə deyir: əgər o adamlar, yəni müxalifətdəkilər hakimiyyətə gəlsələr, biz onlarla danışmayacağıq». Özünün və aksiyaçı yoldaşlarının ölkəni mövcud durumdan çıxırmağa qadir olduğunu müxtəlif sağlam məntiqə sığmayan ifadələrlə sübut etməyə çalışan E.Şarmazanov yolların bağlanmasını düz hərəkət hesab edir və yazır: «Təzyiqi daha da artırmalıyıq. Qoy Nikol görsün və başa düşsün ki, indi Bakının müdafiəsinin ümidinə qalıb».

Vaxtilə Nikol Paşinyanla həmfikir olan bəzi adamların indi onu qarşı çıxması da E.Şarmazanovu qane etmir. O yazır: «Adamlar var ki, Nikola «pol əskisi» kimi xidmət ediblər. İndi Nikolizmin əleyhinə və dövlət mənafeyi baxımından danışırlar. Onlara deyirəm: «ara, siz hara, dövlət mənafeyi hara? Heç olmasa indi susun və ayaq altında dolaşmayın. Biz kapitulyantsız Ermənistan istəyirik». Bununla bağlı bir neçə şərh yazılıb. Amma Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyanın hələ 10 gün öncə «kapitulyant Paşinyan deyil, Ermənistandır» deməsi Eduard Şarmazanov kimilərinin həzm edə bilmədiyi gerçəklikdir.

Nəsib QARAMANLI

Oxşar xəbərlər