09.06.2025, 06:43
AZ EN
16.05.2022, 15:10 573

Ermənilərin mühacirətinin yeni güclü dalğası

XƏBƏRLƏR
  • Bu ilin yanvar-mart aylarında başqa ölkələrdən olan 141,7 min şəxs Rusiya vətəndaşlığını qəbul edib. Onların əksəriyyəti keçmiş sovet respublikalarından gələnlərdir. Həmin müddətdə, təxminən, 10.900 nəfər erməni Rusiya vətəndaşlığı qəbul edib ki, bu da illik göstəricilərə görə, 7,1 faiz artım deməkdir.

Bu barədə məlumat yayan “news.am” 2017-2022-ci illərin yanvar-mart ayları üzrə ermənilərin Rusiya vətəndaşlığı qəbul etməsi göstəricilərinin dinamikasını da təqdim edib.

Qeyd olunur ki, ermənilərin mühacirətə getməsinə ölkədəki qeyri-sabit vəziyyət, sərhədyanı rayonlardakı gərginlik və s. amillər təsir göstərir.

Erməni ekspertlərin fikrincə, kütləvi mühacirət ölkədə ağır fəsadlara səbəb olacaq. Qeyd edilir ki, 2017-2021-ci illərdə və bu ilin yanvar-mart aylarında Rusiya vətəndaşlığı alan Ermənistan sakinlərinin sayı 165 min nəfər olub. Bu, Ermənistanda daimi yaşayan əhalinin 6 faizi deməkdir. Buraya digər ölkələrə daimi yaşayış üçün gedən ermənilərin heç də az olmayan sayını da əlavə etmək lazımdır. “Əslində, son illər baş verənləri Ermənistandan mühacirətin növbəti güclü dalğası hesab etmək olar,” – erməni ekspert bu qənaətdədir.

Oxşar xəbərlər