22.11.2024, 08:29
AZ EN
14.05.2022, 07:00 225

Azərbaycan ABŞ-da keçiriləcək Beynəlxalq Miqrasiya İcmalı Forumunda təmsil olunacaq

XƏBƏRLƏR
  • Azərbaycan ABŞ-da keçiriləcək Beynəlxalq Miqrasiya İcmalı Forumunda təmsil olunacaq. Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi Vüsal Hüseynov ABŞ-a işgüzar səfər edəcək.

Mayın 17-dən 20-dək davam edəcək səfər çərçivəsində V.Hüseynov BMT-nin Nyu-Yorkdakı Baş Qərargahında ilk dəfə yüksək səviyyədə keçiriləcək Beynəlxalq Miqrasiya İcmalı Forumunda iştirak edəcək.

Mayın 18-də keçiriləcək “dəyirmi masa”ya Azərbaycan və Mərakeş Krallığı həmsədrlik edəcək. Mərakeş Krallığını Xarici İşlər naziri təmsil edəcək. Tədbirdə bütün üzv dövlətlərin nümayəndələrinin iştirakı gözlənilir.

Səfər çərçivəsində həmçinin V.Hüseynovun ikitərəfli görüşləri planlaşdırılır. ("Report")

Oxşar xəbərlər

SON XƏBƏRLƏR